Cari ilin 20 oktyabr tarixində Nəsimi rayon İcra Hakimiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə birgə Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi məqsədilə 44 nömrəli tam orta məktəbdə “Biz sağlam həyat tərzi seçirik” mövzusunda şagirdlər üçün maarifləndirmə xarakterli tədbir keçirilib.
İlk öncə şagirdlər tərəfindən hazırlanmış narkomaniyanın törətdiyi fəsadlar barədə rəsm sərgisinə baxış keçirilmişdir.
Tədbirdə, Nəsimi rayon İcra Hakimiyyətinin müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, polis şöbəsinin əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rayon üzrə nümayəndəsi, Nəsimi Bələdiyyəsinin, rayon Gənclər və İdman İdarəsinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər aidiyyət qurumların əməkdaşları iştirak edərək narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərləri, narkotik maddələrin təsirindən psixi və fiziki asıllılığın yaranması, davranışlarda baş verən dəyişikliklər barədə ətraflı məlumat verilmişlər. Məktəbin müəllim və şagirdlərini maraqlandıran suallar bərədə fikir mübadiləsi və diskussiya aparılmışdır.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.